Hücumçu Lionel Messi PSJ ilə müqaviləni yeniləməyə tələsmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı bu mövsümün sonunda PSJ-də qalacağına şübhə edir. Bununla əlaqədar hücumçu PSJ rəhbərliyi ilə bu yaxınlarda baş tutmalı olan görüşü təxirə salıb.
Qeyd olunur ki, hazırda Messi uzunmüddətli karyera haqqında düşünür. PSJ ilə müqaviləni yeniləməzdən əvvəl o, karyerasının son illərindən nə istədiyini özü üçün aydınlaşdırmaq istəyir.
35 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 23 oyunda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.