Leonel Messinin “Barselona”ya qayıdacağı barədə şayiələr dolaşır.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, jurnalist Qaston Edul Messinin “Barselona”ya qayıtmayacağını açıqlayıb:
“Heç bir danışıqlar yoxdur və olmayıb. Leonun PSJ ilə müqaviləsinin uzadılması tam sürətlə davam edir. Onların 2024-cü ilin iyununa qədər birlikdə işləmək üçün şifahi razılığı var, indi hər iki tərəf bunu rəsmi razılaşmaya çevirməlidir.
Leo MLS-dən təkliflər alıb. Lakin heç vaxt onları ciddi şəkildə nəzərdən keçirməyib. Çünki o, Avropada qalmaq və orada qalib gəlməyə davam etmək istəyir”.
Lionel Messi bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 20 oyuna çıxıb, on üç qol vurub və on dörd məhsuldar ötürmə edib.