Messi "Barselona"ya baş məşqçi tapdı
30 yanvar 2024 12:33 (UTC +04:00)

Messi "Barselona"ya baş məşqçi tapdı

Argentinanın baş məşqçisi Lionel Skaloni “Barselona”ya rəhbərlik edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi şəxsən Kataloniya klubunun rəhbərliyinə Skaloninin namizədliyinə diqqət yetirməyi tövsiyə edib.

Xatırladaq ki, Xavinin 2023/2024 mövsümünün sonunda “Barselona”dan ayrılmaq qərarı ötən həftə sonu məlum olub. Xavi 2021-ci il noyabrın 6-da “Barselona”nın baş məşqçisi təyin edilib. Bu müddət ərzində 44 yaşlı mütəxəssis kataloniyalılarla iki kubok - İspaniya çempionatı və İspaniya Superkubokunu (hər ikisi 2022/2023 mövsümündə) qazanıb.

Lionel Skaloni Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) 2023-cü ilin ən yaxşı milli komandasının baş məşqçisi olub. Mütəxəssis 2018-ci ildə Argentina millisinə rəhbərlik edib. 2021-ci ildə onun rəhbərliyi altında Albiseleste Amerika Kubokunu qazanıb. 2022-ci ildə Argentina milli komandası FIFA Dünya Kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7020
avatar

Oxşar yazılar