Dünya çempionatının qrup mərhələsində Meksika ilə qarşılaşma Argentina millisi üçün ən çətin oyun olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu millinin kapitanı Lionel Messi deyib.
“Hər şey təhlükə altında idi. Ən pis oynadığımız oyun da bu idi. Nə olursa-olsun qalib gəlməli idik və bu, bizi fərqli oynamağa vadar edirdi”, – Messi vurğulayıb.
Meksika ilə oyun argentinalılar üçün DÇ-2022-də ikinci olub. Turnirə Səudiyyə Ərəbistanına məğlubiyyətlə (1:2) başlayıblar və meksikalılara uduzsaydılar, pley-offa düşə bilməyəcəkdilər, lakin oyun 2:0 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.