"Məşqçi olmasaydım, bəlkə mən də..." -  Qurban Qurbanov
14 noyabr 2022 15:34 (UTC +04:00)

"Məşqçi olmasaydım, bəlkə mən də..." - Qurban Qurbanov

“İlk dəfədir ki, belə tədbirdə iştirak edirəm. Mənim üçün çox maraqlı oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının 2022-23 mövsümünün püşkatma mərasimi zamanı çıxışında deyib.

O bildirib ki, minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionluğu zamanı ölkədə böyük bayram yaşanmışdı: “Hamı qeyri-peşəkar deyir. Amma bu, ən sevilən sahədir. Millinin çempionluğu bəlkə də böyük futbolumuzun gələcəyi üçün ən böyük təkan olacaq. Buna görə Azərbaycan Minifutbol Federasiyasına təşəkkür edirəm. Bizə bu cür həyəcan yaşatdınız. Bugünkü püşkatmada da maraqlı adlar var idi. İmkan düşdükcə oyunlara baxmağa çalışacağam. Məşqçi olmasaydım, bəlkə mən də həvəslə gələr, bu turnirdə futbolçu kimi iştirak edərdim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Oxşar yazılar