Məşhur model və teleaparıcı Viktoriya Lopyreva Qətərdəki turnirdən gözləntilərini bölüşüb.
Lent.az xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatının səfiri olan model Arhgentinaya azarkeşlik etdiyini deyib.
“Qızılı kim alacaq? Həmişə deyirəm: biz futbolu gözlənilməzliyinə görə sevirik, ona görə də kimin qalib gəlmək istədiyini soruşmaq daha məqsədəuyğundur (gülür). Və bu, əlbəttə ki, Argentina!
Ən yaxşı futbolçu kim olacaq? Mənim üçün, şübhəsiz ki, bu, Leo Messidir ”Sport-Express Lopyrevanın sözlərini çatdırır.
Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması Milli Stadionda baş tutacaq.