Məşhur futbolçuya  600 min dollarlıq   oğurluq İTTİHAMI
23 iyul 2025 17:17 (UTC +04:00)

Məşhur futbolçuya 600 min dollarlıq oğurluq İTTİHAMI

Bir çox məşhur klubların tanınmış keçmiş hücumçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti olan Samuel Eto'O təşkilatından 600 min dollar oğurlamaqda ittiham olunur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əfsanəvi kamerunlu 600 min dollar vəsaitin yuyulmasında şübhəli bilinir. Bu məbləğdə bonus Kamerun millisinin oyunçularına 2023-cü il iyunun 10-da San-Dieqoda (ABŞ) Meksika ilə yoldaşlıq oyunu üçün ödənilməli idi.

Lakin futbolçular vəd olunan pulu ala bilməyiblər.

2021-ci ildən yerli futbol federasiyasına rəhbərlik edən Eto'O ilə bağlı Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ Ədliyyə Nazirliyinə şikayət edilib.

Футбол Кража 600 000  , фото - Новости Zakon.kz от 23.07.2025 16:35

“Real”, “Barselona” və “İnter”in keçmiş futbolçusu son vaxtlar bir sıra qalmaqalların mərkəzində olub.

Onlardan biri 2024-cü ilin sentyabrında, FİFA-nın zorakı davranışına görə Eto'onun Kamerun kişi və qadın millilərinin oyunlarına getməsini qadağan etdiyi zaman baş verib. 

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə o, azarkeşlərdən birinə qarşı zor tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar