Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda bu gün səhər Bakıya gəlib.
Təcrübəli futbolçunu hava limanında "Neftçi"nin nümayəndələri qarşılayıblar.
Bu gün 34 yaşlı futbolçu ilə müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da (Braziliya) çıxış edib./qol.az