Məşhur futbolçu  11 il azadlıqdan məhrum edildi
04 iyul 2024 14:17 (UTC +04:00)

Məşhur futbolçu 11 il azadlıqdan məhrum edildi

İngiltərə məhkəməsi Cəbəllütariq millisinin keçmiş futbolçusu Ceyson Pyuzi 11 il 3 ay müddətinə azadlıqdan məhrum edib. 

Lent.az xarici mediaya istinadən məlumat verir ki, milli komandanın heyətində 4 oyun keçirən keçmiş mərkəz müdafiəçisi böyük narkotik əməliyyatı çərçivəsində həbs edilib.

İstintaq müəyyən edib ki, 34 yaşlı Pyuzi futboldan əlavə narkotik alveri ilə də məşğul olub, Cənubi Londondakı dəstələri kokain, marixuana və ketaminlə təmin edib. Saxlandıqdan sonra o, cinayətdə iştirak etdiyini etiraf edib.

"Ceyson Pyuzi futbolçu karyerasını davam etdirərkən geniş narkotik biznesi ilə məşğul olub. Zahirən o, özünü adi ailə başçısı kimi aparırdı, lakin narkotik sataraq milyonlar qazanırdı", - detektiv Dunkan Askyu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Oxşar yazılar