Ukraynalı boksçu Aleksandr Usık gələcəkdə prezident olmaq istəyir.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, ağır çəkidə dünya çempionu “Seconds Out” “YouTube” kanalının efirində Tayson Fyuri ilə döyüşməklə bağlı dastan bitdikdən sonra həyat planlarından danışıb.
"Mən kreyser çəkisinə gedəcəyəm, bir daha mütləq çempion olacağam, sonra istefa verib prezidentliyə namizədliyimi irəli sürəcəm. Zelenski narahat olmalıdır? Zelenski sakitdir, çünki onun gücü var", - Usık deyib.
Xatırladaq ki, Usık avqustun 26-da Polşada Daniel Dyubua ilə döyüşəcək.