Mərakeş millisi növbəti Afrika Millətlər Kubokunu buraxacaq.
Lent.az bildirir ki, bu barədə Mərakeş Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Əlcəzair hökuməti Mərakeş milli komandasının istifadə etdiyi “Royal Air Maroc” aviaşirkətinin ölkəyə uçmasına rəsmi icazə verməyib.
Əlcəzair ölkəsinin rəhbərliyi ilə ilkin razılaşmanın alındığı, mərakeşlilərin isə rəsmi sənəd almadığı bildirilir.
Əlavə edək ki, Qətərdə keçirilən son dünya çempionatında Fransa millisinə 0:2 hesabı ilə məğlub olan Mərakeş yığması turnirin yarımfinalına yüksəlib.