PSJ ölkə kubokunun 1/16 final mərhələsinin matçında səfərdə Fransa çempionatının altıncı divizionunun "Pay de Kassel" komandasını darmadağın edib - 7:0.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, parislilərin heyətində Neymar və Karlos Soler hərəyə bir qol vurub. PSJ-nin hücumçusu Kilian Mbappe karyerasında ilk penta-trik edib. Buna qədər fransalının rekordu bir oyunda 4 qol idi.
Fransa kubokunun ⅛ finalında PSJ “Marsel”lə qarşılaşacaq. Qarşılaşma fevralın 7 və ya 8-də baş tutacaq, dəqiq tarix daha sonra təsdiqlənəcək.