Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı qapıçı Emiliano Martinezi parodiya edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fransalı hücumçu klubla məşq etdikdən sonra uzun qırmızı əşyanı götürərək qasıq nahiyəsinə qoyub.
Xatırladaq ki, argentinalı qapıçı Qətərdə keçirilən dünya çempionatının finalında Fransa yığmasını penaltilər seriyasında məğlub etdikdən sonra eyni şeyi etmişdi.
Əlavə edək ki, sonradan Martinez bir neçə dəfə qiyabi olaraq Mbappeni müxtəlif şüarlarla “incitməyə” cəhd edib, hətta həmyerliləri ilə qələbəni qeyd edərkən onun şəkli olan maska taxıb.