Dortmund "Borussiya"sının və Almaniya millisinin yarımmüdafiəçisi Marko Roys gələn yayda klubunu dəyişə biləcəyini etiraf edib.
Lent.az bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
“Əlbəttə, siz irəlini düşünürsünüz, çünki “Borussiya” ilə müqaviləmin bitməsinə cəmi altı ay qalıb. Amma desəm ki, mən özüm bu haqda düşünməmişəm, bu da səhv olar. Bu işin öhdəsindən gəlməyə kömək edən bir adamım var. Hazırda mənim üçün sadəcə formada qalmaq vacibdir. Qalanları isə gələcəkdə öyrənəcəksiniz”, - futbolçu deyib.
Xatırladaq ki, Roysun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. 33 yaşlı “Dortmund” kapitanı bu mövsüm 12 oyuna çıxıb, 3 qol vurub.
Bundan əvvəl mediada Markonun Səudiyyə Ərəbistanından “Əl-Nəsr”də Kriştianu Ronaldonun komanda yoldaşı ola biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.