Mariya Stadnik karyerasını bitirdi? - AÇIQLAMA
07 avqust 2024 15:57 (UTC +04:00)

Mariya Stadnik karyerasını bitirdi? - AÇIQLAMA

Mətbuatda qadın güləşçilərdən ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnikin idmançı karyerasını başa çatdırdığı ilə bağlı iddialar yayılıb. 

Lent.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: 

"Həm məşqçilərlə, həm də idmançının özü ilə əlaqə yaratmışıq. Mariya Stadnik belə bir qərar verməyib. Sadəcə sosial mediada etdiyi paylaşım mətbuatda çaşqınlıq yaradıb".

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olan titullu idmançımız yarışı medalsız başa vurub./apasport.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Oxşar yazılar