“Mançester Yunayted”in ulduzunun yeni  maşın problemi
10 mart 2023 15:33 (UTC +04:00)

“Mançester Yunayted”in ulduzunun yeni maşın problemi

“Mançester Yunayted”in braziliyalı ulduzu Antoni yenidən avtomobili ilə bağlı problemlər yaşayır. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu dəfə ətrafdakı insanlar Çeşirdə lüks “Lamborghini Aventador” idman avtomobilinin evakuatora yüklənməsinin şahidi olublar.

Məlumata görə, avtomobil tez-tez "Mançester Yunayted"in bazasına gedən komandanın ulduz cinah oyunçusuna məxsusdur.

Xatırladaq ki, bundan əvvəl braziliyalı futbolçu “BMW X6”nı idarə etsə də, Yeni il gecəsi qəzaya uğrayıb. O zaman futbolçunun özü xəsarət almasa da, avtomobilə xeyli ziyan dəyib.

Braziliyalı təmirlə bağlı narahat olmayıb, ancaq 337 min funt-sterlinqə özü “Lamborghini” alıb. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362
avatar

Oxşar yazılar