Dünən İngiltərə Liqa Kubokunun ¼ finalında "Mançester Yunayted" "Çarlton"u məğlub edib (3:0).
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, ten Haqın "Mançester Yunayted"in baş məşqçisi kimi 20-ci qələbəsidir. Bu göstəriciyə nail olmaq üçün məşqçiyə 27 oyunu komandanın başında keçirmək lazım olub.
Heç kim “Mançester Yunayted”də 20 qələbəyə daha tez çatmayıb.
Məlumata görə, ten Haqdan sonra Joze Mourinyo (31 oyunda 20 qələbə), Lui van Qaal (36), Mett Basbi (40), Ole-Qunnar Sulşer (42), Aleks Ferqyuson (45) və Tomas Doxerti (68) gəlir.
“Mançester Yunayted” növbəti oyununu yanvarın 14-də keçirəcək. Ten Haqanın komandası Premyer Liqanın 20-ci turunun oyununda "Mançester Siti" ilə qarşılaşacaq.