"Mançester Yunayted"in hücumçusu Antoni Marsial mövsümün sonunda klubu tərk edəcək,
Lent.az xarici mediaya istinadən bildirir ki, mənbənin sözlərinə görə, “Mançester Yunayted” 28 yaşlı fransızla müqavilənin uzadılması variantını aktivləşdirməyi planlaşdırmır. Hücumçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.
Marsial 2015-ci ildən mankunianlıların heyətində çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 19 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalı hücumçunun dəyərini 15 milyon avro qiymətləndirir.