İngiltərə Liqa Kubokunun final oyununda “Mançester Yunayted” “Nyukasl”dan güclü olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, görüş 2:0 hesabı ilə "qırmızı şeytanlar"ın xeyrinə başa çatıb.
Beləliklə, mankunianlıların qapıçısı David De Xea komandada 181-ci oyununu qol buraxmadan keçirib və bütün turnirlərdə “quru” oyunların sayına görə klubun rekordçusu olub.
Qeyd edək ki, ispaniyalı "Mançester Yunayted"də 180 belə oyunu olan danimarkalı qapıçı Peter Şmeyxelin nailiyyətini ötüb.