"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Federiko Valverde ilə maraqlanır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mankunian klubu 24 yaşlı uruqvaylı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
"Kral klubu" Valverde ilə ayrılmaq istəmir. Yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirməyə qarşı deyil.
“Transfermarkt” Valverdenin transfer dəyərini 100 milyon avro qiymətləndirir.
Federiko Valverde bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.