İngiltərə çempionu ilk dəfə xal itkisi yaşayıb.
Lent.az-ın məlumatına görə, “Mançester Siti” səfərdə “Vulverhemptona” uduzub.
“Liverpul” rəqib meydançasında “Tottenhem”lə bacarmayıb. Meydan sahibləri son dəqiqələrdə Matipin avtoqolu sayəsində üç xal qazanıblar.
“Arsenal” “Bornmut” səfərində qarşısıalınmaz olub. Mikel Artetanın yetirmələri rəqib qapısından 4 cavabsız top keçiriblər.
Mançesterin digər təmsilçisi öz meydanında xalsız qalıb.
Ingiltərə Premyer Liqası
7-ci tur
30 sentyabr
“Aston Villa” – “Brayton” – 6:1
“Bornmut” – “Arsenal” – 0:4
“Mançester Yunayted” – “Kristal Pelas” – 0:1
“Everton” – “Luton” – 1:2
“Nyukasl” – “Bernli” – 2:0
“Vest Hem” – “Şeffild Yunayted” – 2:0
“Vulverhempton” – “Mançester Siti” – 2:1
“Tottenhem” – “Liverpul” – 2:1