İngiltərə klubu maliyyə fırıldaqlarında təqsirli bilinərsə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola istefa verəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, İngiltərə Premyer Liqası rəsmi olaraq “Mançester Siti”ni 2009-2018-ci illər ərzində 100-dən çox maliyyə qaydalarını pozmaqda ittiham edib. “Mançester Siti” iddiaları təkzib edə bilməsə, o zaman kluba qarşı sanksiyalar tətbiq olunacaq.
“Mançester Siti” xalların silinməsi, transferlərə qadağa qoyulması və yeni oyunçuların qeydiyyatı, Premyer Liqadan qovulması, illər ərzində qazanılan titullardan məhrum edilməsi kimi sanksiyalarla üzləşə bilər.