İngiltərə Kubokunun 1/16 final mərhələsinə start verilib.
Lent.az xəbər verir ki, bu mərhələnin ən maraqla gözlənilən oyunu Mançester şəhərində baş tutub.
Premyer Liqanın son çempionu "Mançester Siti" lider "Arsenal"ı qəbul edib. Niderlandlı mərkəz müdafiəçisi Natan Akenin 64-cü dəqiqədə vurduğu qol həlledici olub.
Beləliklə, "Siti" 1/8 finala vəsiqə qazanmaqla "Arsenal"ı İngiltərə Kubokundan uzaqlaşdırıb.