Lukakunın  qəribə sədaqəti:   uşaqlıqdan “Mançester Yunayted”, “Çelsi” və “İnter”ə azarkeşlik edib
18 iyul 2023 18:29 (UTC +04:00)

Lukakunın qəribə sədaqəti: uşaqlıqdan “Mançester Yunayted”, “Çelsi” və “İnter”ə azarkeşlik edib

Romelu Lukaku karyerasında yeni mərhələyə qədəm qoyur, çünki hücumçu "Yuventus"a keçməyə yaxındır.

Lent.az xarici meiaya istinadla bildirir ki, belçikalı son mövsümü "İnter"də keçirib və Milan klubu onun satın alınması üzərində işləyirdi. Ancaq "Yuve"nin təklifi daha səxavətli olub - həm "Çelsi"yə, həm də Lukakuya.

Romelunun təqdimatda nə deyəcəyi çox maraqlıdır, xüsusən də belçikalı öz transferlərindən sonra gözləntiləri artırmağı xoşlayır.

Lukaku demək olar ki, hər transferdən sonra uşaqlıqdan yeni klubuna azarkeşlik etdiyini deyir.

•‎ 2017-ci ildə “Everton”dan “Mançester Yunayted”ə keçdikdən sonra onun sitatı budur: “Dünyanın ən böyük klubuna kim yox deyər? Bu, İngiltərənin ən yaxşı stadionu, ən yaxşı azarkeşləridir. Bu, uşaqlıqdan bəri arzuladığım fürsətdir. Mənə zəng ediləndə iki dəfə düşünməyə ehtiyac qalmadı”.

•‎ “Mançester Yunayted”də belə alıəndı və 2019-cu ildə Romelu “İnter”in uzunmüddətli fanatı kimi meydana çıxdı. “İnter”də oynamaq uşaqlıqdan yaşamaq istədiyim şeydir. İtaliyada ən çox sevdiyim komanda idi. Hamısı Ronaldo və Adrianoya görə. 1998-ci ildə UEFA Kubokunun finalını izlədiyimdən bəri "İnter"ə keçmək arzum idi", - hücumçu Milan klubuna keçdikdən sonra deyib.

•‎ 2021-ci ildə "Çelsi"yə qayıtdıqdan sonra Lukakunun dedikləri: "Bu böyük kluba qayıtdığım üçün xoşbəxtəm. Mənim üçün uzun bir səyahət oldu: mən bura çox şey öyrənməli olan uşaq kimi gəlmişəm, indi yetkin və çoxlu təcrübə ilə qayıdıram. Bu klubla münasibət mənim üçün çox şey deməkdir. Mən uşaq vaxtı “Çelsi”ni dəstəkləyirdim və indi qayıdıram və komandanın daha çox titul qazanmasına kömək etməyə çalışıram. Bu heyrətamiz hissdir”.
Romelu emblemləri öpməyi də sevir.

Lukakunun maraqlı hobbisi “Vest Bromviç”dən gəlir.

Sonra Romelu ehtirasla “Everton”u sevirdi.

Belçikalı "Mançester Yunayted"in emblemini öpməsə də, başqa jestləri ilə kluba sevgisini nümayiş etdirib.

"Çelsi"yə gəklişi həm də emblemlə ehtiraslı öpüşlə yadda qalıb.

"İnter" Romelunu karyerasının çətin mərhələlərində iki dəfə xilas edib - belçikalı keçən il Çempionlar Liqasının qrup mərhələsində "Viktoriya" ilə oyunda milanlılara təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar