“Çelsi”nin hücumçusu Romelu Lukaku yenidən İtaliyada çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, bunu Belçika millisinin forvardının meneceri Federiko Pastorello deyib.
O bildirib ki, mövsümün əvvəlində “İnter”dən “Çelsi”yə transfer edilən 28 yaşlı oyunçu gələcəkdə yenidən A seriyasında mübarizə aparacaq: “Romelu İtaliyanı sevir və gələcəkdə A seriyasına qayıdacaq. Amma indi “Çelsi”də çox xoşbəxtdir”.