“İnter”in hücumçusu Romelu Lukaku "Çelsi"yə qayıdacaq.
Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, son vaxtlar futbolçu tez-tez zədələndiyi üçün Milan klubu futbolçunun icarə müddətini uzatmayacaq.
Xatırladaq ki, 29 yaşlı Lukaku bu mövsüm 8 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Daha əvvəl onun icarəsinə görə “İnter”in 20 milyon avro ödədiyi bildirilirdi.