“Roma” heyətinə yeni futbolçu qatacaq.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Dieqo Lorente İtaliya klubuna keçidin bir addımlığındadır.
29 yaşlı müdafiəçi “Lids”dən icarəyə götürüləcək. İki klub arasında anlaşmada sonradan transfer olunmaq şərti də yer alacaq.
Qeyd edək ki, Lorente cari mövsüm 13 oyun keçirib.