"Liverpul"un  əsas problemindən   DANIŞDI
02 oktyabr 2023 13:33 (UTC +04:00)

"Liverpul"un əsas problemindən DANIŞDI

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Kodi Qakponun Premyer Liqada "Tottenhem"lə oyunda (1:2) zədələnməsindən danışıb və bunu özünün əsas problemi adlandırıb.

“Qakpo ayağındakı bandajla axsayır. Düzünü desəm, hazırda ən böyük problemim budur. İki futbolçumuzu qırmızı vərəqə, üçüncü oyunçumuzu isə zədə səbəbindən itirdik. Hər şey çox pisdir.

Kodi qol vurdu, lakin bu zərbədən sonra o, daha da diskomfort hiss etdi. O, bundan əvvəl qayda pozuntusuna görə zədələnmişdi”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Klopp deyib.

Qeyd edək ki, Premyer Liqada keçirilən yeddi oyundan sonra "Tottenhem" 17 xalla ikinci, "Liverpul" isə 7 turdan sonra 16 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda “Liverpul” səfərdə “Brayton”la qarşılaşacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2445
avatar

Oxşar yazılar