"Liverpul" fransız Zinəddin Zidanı komandanın baş məşqçisi təyin etməkdə maraqlıdır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İngiltərə klubunun rəhbərliyi 51 yaşlı mütəxəssisin Premyer Liqada çalışmaqda maraqlı olduğunu öyrənmək üçün onun ətrafı ilə danışıqlar aparıb. “Liverpul” Zidana istənilən futbolçunu komandaya dəvət etməyə icazə verməyə hazırdır.
“Qırmızılar”a hazırda Yurgen Klopp başçılıq edir. Lakin yanvarın 26-da 56 yaşlı alman 2023/24 mövsümü başa çatdıqdan sonra klubu tərk edəcəyini açıqlayıb.
Daha əvvəl bildirilirdi ki, Zidan Fransa millisində işə düzəlmək istəyir və millidə baş məşqçi postu boş qalana qədər gözləməyə hazırdır. Fransız mütəxəssisin son iş yeri 2021-ci ilin yayında tərk etdiyi "Real" olub.