İngiltərə Premyer Liqasında XI turun oyunları keçirilir.
APA xəbər verir ki, "Mançester Siti" "Brayton"un qonağı olub.
Oyunda hesabı "şəhərlilər" açıb. Lakin meydan sahibləri ardıcıl 2 qol vuraraq qələbə qazanıb.
“Liverpul” isə Birminhemin “Aston Villa” klubunu qəbul edib.
Matçda hesabı 20-ci dəqiqədə Darvin Nunyes açıb.
Oyunda ikinci və eyni zamanda son qol 84-cü dəqiqədə vurulub.
Arne Slotun yetirmələrinin növbəti əks-hücumu Salahın dəqiq zərbəsi ilə yekunlaşıb – 2:0.