"Liverpul" Məhəmməd Salahın yerinə  oyunçular tapdı
10 aprel 2024 19:12 (UTC +04:00)

"Liverpul" Məhəmməd Salahın yerinə oyunçular tapdı

“Liverpul” Məhəmməd Salahın alternativlərini müəyyənləşdirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, klubun yeni idman direktoru Maykl Edvardsın gələn mövsüm Məhəmməd Salahla yollarını ayırmağı planlaşdırdığı deyilir. Misirli futbolçunun Səudiyyə Ərəbistanından böyük təkliflə razılaşdığı qeyd edilib.

Bildirilib ki, “Liverpul” Məhəmməd Salahın satışından 150 milyon avro aralığında transfer gəliri əldə etməyi planlaşdırır. “Liverpul”un Məhəmməd Salaha alternativ tapdığı da üzə çıxıb.

Qeyd olunub ki, Premyer Liqa nəhəngi alternativlər arasında Florian Uirtz, Niko Uilliams və Pedro Netonu müəyyənləşdirib. Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində 35 matçda iştirak edib. Misirli ulduz bu matçlarda 23 qol vurub və 13 məhsuldar ötürmə edib.

# 8871
avatar

Oxşar yazılar