“Nyukasl” Cessi Linqardı heyətinə qatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in yarımmüdafiəçisi artıq qışda klubunu dəyişə bilər.
Nyukasl təmsilçisi ingiltərəliyə 4,5 illik müqavilə təklif edəcək. Linqard klub tarixində ən yüksək ödənişli futbolçu ola bilər.
Ona həftədə 100 min funt sterlinqdən artıq maaş vəd olunub. Hazırda “Nyukasl”ın ən çox qazanan oyunçusu Migel Almirondur. O, 100 min qazanır.
Klub rəhbərliyi yayda müqaviləsi başa çatacaq futbolçunun transferi üçün xərcə də düşməyə hazırdır. Bu üzdən “Nyukasl” mövsümün sonunu gözləməyəcək.
Qeyd edək ki, Cessi cari mövsümün 11 oyununda 2 qol vurub.