Fransa Futbol Federasiyasının sabiq prezidenti Noel Le Qrey icraiyyə komitəsinin iclasında Zinəddin Zidana qarşı səsləndirdiyi qalmaqallı sözlərə görə, özünü axmaq kimi apardığını deyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, görüşün daha çox səmimi söhbətə oxşadığı qeyd edilir. Le Qrey günahını etiraf edib və görüşün son dəqiqələrində ağlayıb. Lakin Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi Le Qreyi qurumun prezidenti vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.
Xatırladaq ki, daha əvvəl Le Qrey müsahibələrinin birində Zidanla bağlı sualı cavablandırarkən, Zinəddin ona zəng etsə, telefonu qaldırmayacağını bildirmişdi. Le Qrey daha sonra keçmiş futbolçudan üzr istəyib. Bundan əlavə, futbol agenti Sonia Suid Le Qreyi cinsi təcavüzdə ittiham edib.