Konor Makqreqor prezidentliyə  namizəd olacaq
06 sentyabr 2024 11:19 (UTC +04:00)

Konor Makqreqor prezidentliyə namizəd olacaq

İki çəkidə keçmiş UFC çempionu Konor Makqreqor 2025-ci ildə İrlandiya prezidentliyinə namizəd olacağına eyham vurub.

Lent.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Mən irlandların bu soyğunçulardan, ailələri və kiçik biznesləri məhv edənlərdən almağa çalışdıqları bütün cavabları alacağam. Yüksək vəzifələrdə çalışan şarlatanlar İrlandiya xalqı qarşısında cavabdehlik daşıyacaqlar”, - Makqreqor yazıb.

Döyüşçünün qeyd etdiyi kimi, o, yeganə məntiqli seçimdir, çünki İrlandiyaya xalqın xeyrinə işləyəcək prezident lazımdır.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş ilk raundda başa çatıb və irlandiyalının ayağı sınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar