Koffidən gözlənilən hərəkət: Azarkeşlərdən üzr istədi
12 avqust 2024 17:57 (UTC +04:00)

Koffidən gözlənilən hərəkət: Azarkeşlərdən üzr istədi

“Neftçi” Futbol Mərkəzində “Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri – baş icraçı direktor Cenk Sümer, media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşdə “Səbail”lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib.

Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, matçda sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib.

Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul edib, o cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın “Forza Neftçi” azarkeş qrupunun üzvlərindən biri olmadığını dilə gətirib.

Klub oyundan dərhal sonra baş verənlərlə bağlı araşdırma apardığını bildirərək, daxili intizam qaydaları əsasında futbolçu haqqında ölçü götürüldüyünü açıqlayıb.

Hər iki tərəf buna bənzər hadisələrin gələcəkdə bir daha yaşanmayacağından əminliyi bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528
avatar

Oxşar yazılar