Klubunu qalib edən futbolçu oyun zamanı həbs olundu - VİDEO
12 sentyabr 2024 09:35 (UTC +04:00)

Klubunu qalib edən futbolçu oyun zamanı həbs olundu - VİDEO

Uelsdə oyun zamanı futbolçu saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə ölkənin ikinci güclü divizionunda “Baglan Dragons” və “Cwmbran Celtic” komandalarının qarşılaşmasında baş verib.

Hesab 1-3 olarkən 52-ci dəqiqədə əvəzetmə ilə meydana daxil olan Cordan Evans qələbə qolunu vuraraq, iki məhsuldar ötürmə ilə “Baglan Dragons”un qəhrəmanı olub. Evansın performansı ilə komandası “Cwmbran Celtic”i 4-3 hesabı ilə məğlub edib.

Oyunun bitməsinə az qalmış iki polis məmuru Evansı futbol meydançasından uzaqlaşdırıb. Polis futbolçunu komandanın paltardəyişmə otağında həbs edib.

Cənubi Uels polisinin məlumatına görə, oyunçu quldurluqda şübhəli bilinərək həbs edilib. Ancaq bir neçə saat sonra o, heç bir ittiham irəli sürülmədən buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar