Frankfurt prokurorluğu "Ayntraxt"ın prezidenti Peter Fişerlə bağlı araşdırmaya başlayıb. Ehtimal olunur ki, funksioner qanunsuz olaraq kokain saxlamaqda və əldə etməkdə günahkar ola bilər.
Lent.az bildirir ki, “Sportschau”nun məlumatına görə, Fişerdən başqa, onun həyat yoldaşı və 25 yaşlı oğlu da istintaq altına düşüb.
Mənbənin məlumatına görə, “Ayntraxt” rəhbərinin 13 yaşlı oğlu dostu ilə kokaindən istifadə edib, anası oğlunun davranışında dəyişiklik görüb və bu barədə məktəbə və polisə məlumat verib.
Yanvarın sonunda hüquq-mühafizə orqanları Fişerin mənzilində axtarış aparıb. Polis iti şkafın üstündə narkotikin qalıqlarını tapıb. İstintaq hesab edir ki, Fişer ailəsinin üzvləri həmin maddəni elə saxlayıblar ki, 13 yaşlı uşağın ona çıxışı olub.