Kepa "Real"a  qayıdacaq,   Lunin gedərsə...
12 iyul 2024 18:46 (UTC +04:00)

Kepa "Real"a qayıdacaq, Lunin gedərsə...

Ötən mövsüm icarə əsasında "Real"da çıxış edən "Çelsi"nin qapıçısı Kepa Arrisabalaq daimi olaraq Madrid klubuna keçə bilər.

Lent.az bildirir ki, bu barədə "Marca" xəbər verir.

Mənbənin sözlərinə görə, qapıçı Andrey Lunin komandanı tərk etmək qərarına gələrsə, “Real” Kepaya üz tutacaq. 29 yaşlı ispaniyalının vəziyyətin nəticəsini gözlədiyindən "Əl-İttihad"ın sərfəli təklifindən imtina etdiyi bildirilir.

"Real" Kepanı ötən ilin avqustunda "Çelsi"dən icarəyə götürüb. 2023/24 mövsümündə qapıçı Madrid klubunda 20 oyun keçirib, 18 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” portalı Kepanın dəyərini 12 milyon avro qiymətləndirir. Onun "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar