Kanselo növbəti mövsüm ərəb klublarında  oynaya bilər
27 iyul 2024 19:48 (UTC +04:00)

Kanselo növbəti mövsüm ərəb klublarında oynaya bilər

Səudiyyə Ərəbistanı və İtaliya klubları ötən mövsüm icarə əsasında "Barselona"da çıxış edən müdafiəçi Joao Kanselo ilə maraqlanır.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Mançester Siti” portuqaliyalı futbolçu üçün 30 milyon avro almaq istəyir və onu yenidən icarəyə göndərmək istəmir. 

Transferdə maraqlı olan "Barselona" yalnız 20 milyon avro təklif edə bilir. 

Bildirilir ki, Səudiyyə Ərəbistanından iki klub oyunçuya diqqət yetirib. "Əl-Əhli" və "Əl-İttifaq" oyunçu üçün tələb olunan məbləği təklif edə bilər.

Həmçinin bildirilir ki, Kanselonu futbolçunun əvvəllər formasını geyindiyi İtaliya A Seriyasının iki klubu - "İnter" və "Yuventus" da izləyir. Amma onlar ingilis klubunu hələ də oyunçunu icarəyə göndərməyə razı salmaq istəyirlər.

30 yaşlı futbolçu 2019-cu ilin avqustunda "Yuventus"dan "Mançester Siti"yə keçib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Kanselonu 25 milyon avro dəyərində qiymətləndirir.

Ötən mövsüm müdafiəçi "Barselona"nın heyətində 42 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar