İtkin düşən dünya çempionunun meyiti  tapıldı
05 iyul 2024 18:11 (UTC +04:00)

İtkin düşən dünya çempionunun meyiti tapıldı

Cənubi afrikalı atlet, hündürlüyə tullanma üzrə 2003-cü il dünya çempionu Jak Freytaq 42 yaşında vəfat edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun cəsədini itkin düşəndən iki həftə sonra polis Pretoriyadakı qəbiristanlığın yaxınlığındakı tarlada aşkar edib. Ölüm səbəbinin güllə yarası olduğu bildirilir.

Freytaq 235 santimetr göstərici ilə Parisdə keçirilən Dünya çempionatının qalibi olub. Bununla belə, idmançı ən böyük uğurunu davam etdirə bilməyib: 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında və 2005-ci ildə Helsinkidə keçirilən dünya çempionatında o, finala yüksələ bilməyib.

Sonradan o, elit idmandan yoxa çıxıb və ailəsinin dediyinə görə, narkotik asılılığı ilə mübarizə aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar