İngiltərə və İtaliya arasındakı Avro 2020-nin final matçına maneçilik edilə bilər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, İngiltərədə belə narahatlıqlar sözlənilir. Ancaq siz inanmayacaqsınız ki, oyunun dayandırılmasının səbəbi nə ola bilər.
İngiltərənin Meteorolgiya Xidməti Londonun bir hissəsi üzərində uçan milyonlarla qarışqanı görüb. Müəyyən şərtlərdə böcəklər oyun “Uembli” stadionuna “hücum” edə bilər.
Yeri gəlmişkən, 2014-cü ildə Dünya çempionatında oyunlardan birinə meydanı çəyirtkələr “işğal etmişdi”. Böyük çəyirtkə Xames Rodriqes onbirmetrlik zərbəni yerinə yetiriləndə onun qolunda oturmuşdu.
Avro-2016-da isə kəpənəklər futbolu “çanlı izləmək” üçün gəlmişdilər.