İranlı futbolçu Əmir Nəsr Azadani etirazlarda iştirak etdiyinə görə həbs cəzası alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəlcə futbolçu ölüm cəzası ilə hədələnsə də, cəza dəyişdirilib. Ümumilikdə o, üç ittiham üzrə 26 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə qeyri-qanuni qruplaşmalarda iştiraka və milli təhlükəsizliyə qarşı cinayətlərdə sui-qəsd və ortaqlığa görə beş il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, oyunçu “moharebu” (“Uca Allaha düşmənçilik”) ilə əməkdaşlıqda təqsirli bilinib. Bu ittihamla o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası Azadani ilə bağlı yaranmış vəziyyətə görə İran hakimiyyətinə müraciət etmişdi. Təşkilat qadın hüquqlarına dəstək aksiyalarından sonra futbolçunun edam olunacağı ilə bağlı yayılan xəbərlərdən hiddətləndiyini bildirib. Onlar onun cəzasının dərhal götürülməsinə çağırıblar.
26 yaşlı Azadani 2022-ci ilin yayından azad agentdir. Onun son klubu İranın "İrancavan"ı olub.