“İnter”dən İLK: İnzaqinin rəhbərliyi ilə  doqquz qələbə   qazandı
21 fevral 2024 11:54 (UTC +04:00)

“İnter”dən İLK: İnzaqinin rəhbərliyi ilə doqquz qələbə qazandı

0

"İnter" baş məşqçi Simone İnzaqinin rəhbərliyi altında ilk dəfə bütün yarışlarda ardıcıl doqquz qələbə qazanıb.

Lent.az bildirir ki, bu barədə “Orta Sports” məlumat yayıb.

Xatırladaq ki, fevralın 21-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “neradzurri” “Atletiko”nu məğlub edib (1:0). Beləliklə, "İnter" bütün yarışlarda keçirdiyi son doqquz oyunda qalib gəlib: A Seriyasında altı oyun, İtaliya Superkubokunda iki oyun və Çempionlar Liqasının pley-off mərhələsində bir oyun.

Bu günə olan vəziyyətə görə, “neradzurri” A Seriyasının turnir cədvəlində birinci yerdədir.İtaliya çempionatının növbəti turunda “İnter” səfərdə “Leççe” ilə qarşılaşacaq. Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyunu martın 13-də Madriddə keçiriləcək. 

Simone 2021-ci ildən "İnter"ə rəhbərlik edir. O, əvvəllər “Latsio”nu çalışdırıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3718

Oxşar yazılar