Argentinalı mütəxəssis Maurisio Poçettino “Lids”dən təklif alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Klaudio Mauri məlumat verib.
Onun sözlərinə görə, “Tottenhem”in sabiq çalışdırıcısı bundan imtina edib. Bu qərarın səbəbləri açıqlanmır.
Poçettinonun imtinasından sonra “Lids”in rəhbərliyi “River Pleyta”nın keçmiş baş məşqçisi Marselo Qalyardo ilə də əlaqə saxlayıb. Onun da müqavilə imzalamaqdan imtina etdiyi bildirilir.
Xatırladaq ki, fevralın 6-da “Lids” amerikalı mütəxəssis Cessi Marşı işdən çıxarıb. Komanda hazırda 19 xalla Premyer Liqada 16-cı pillədə qərarlaşıb.