İngiltərə yığmasına baş məşqçi olmaqdan  imtina etdi
18 iyul 2024 16:22 (UTC +04:00)

İngiltərə yığmasına baş məşqçi olmaqdan imtina etdi

Bundan əvvəl almaniyalı mütəxəssis ABŞ komandası ilə işləməkdən imtina etmişdi.

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp İngiltərə yığmasına rəhbərlik etmək fikrində deyil.

Lent.az bildirir ki, “Goal” “Sky Germany” nəşrinə istinadən məlumat verir, 

Avropa çempionatının sonunda İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt istefa verib. O, 2016-cı ildən komandaya rəhbərlik edirdi.

İngiltərə Futbol Assosiasiyasının (FA) İngiltərə milli komandasının vakant baş məşqçi vəzifəsinə namizədlərə dair ümumi tələbləri açıqlayacağı məlum olub. FA vakant posta əsas namizədləri də müəyyənləşdirib.

2023/24 mövsümünün sonunda Yurgen Klopp 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi "Liverpul"dan ayrılıb. Onun rəhbərliyi altında mersisaydlılar Premyer Liqa, İngiltərə Kuboku və Super Kuboku, Liqa Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla bütün əsas turnirlərin qalibi olublar.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459
avatar

Oxşar yazılar