İngiltərə klubu “Bavariya”ya qiymət oxuyur
16 fevral 2021 09:39 (UTC +04:00)

İngiltərə klubu “Bavariya”ya qiymət oxuyur

Almaniyanın “Bavariya” klubu İngiltərə “Norviç”inin futbolçusu Maks Aaronsun transferi ilə bağlı danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, britaniyalılar 21 yaşlı futbolçu üçün 35 milyon funt sterlinq tələb edir.

Premyer Liqaya qayıtmağı hədəfləyən komanda aparıcı müdafiəçisinin qiymətində güzəştə getməyi planlaşdırmır. Çempionşipin liderinin qoyduğu qiymət “Bavariya”nı qane etmir.

Qeyd edək ki, Aarons “Mançester Yunayted” və “Barselona”nın da transfer siyahısında yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104
avatar

Oxşar yazılar