İngiltərə klubları bu müdafiəçi uğrunda YARIŞA BAŞLADI
02 yanvar 2024 19:45 (UTC +04:00)

İngiltərə klubları bu müdafiəçi uğrunda YARIŞA BAŞLADI

“Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo “Dumanlı Albion”a keçməyə yaxındır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, fransalı futbolçu ilə “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” maraqlanır.

Məlumata görə, “Çelsi” Todibo üçün danışıqlara başlayıb, londonlular müdafiəçini yanvarda almaq istəyir. Fransız “Çelsi”nin prioritet hədəfləri siyahısındadır. 

“Tottenhem” də öz növbəsində artıq Todibo üçün təklifini edib. Futbolçu “Spurs” layihəsi ilə maraqlanır, lakin klublar razılığa gəlməkdən uzaqdır. “Mançester Yunayted” “Nitsa”nın müdafiəçisi ilə bağlı vəziyyəti izləməyə davam edir.

Bu mövsüm Todibo “Nitsa”nın heyətində bütün turnirlərdə 12 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4461
avatar

Oxşar yazılar