“Liverpul” və “Nyukasl” futbolçularını satana qədər “Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza ilə müqavilə imzalaya bilməyəcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə hər iki ingilis klubu maraqlanır. “Aston Villa” da italiyalıya iddialıdır, lakin oyunçu bu seçimlə maraqlanmır. Turin klubu təklifləri nəzərdən keçirməyə hazırdır, lakin futbolçunu 50 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
“Liverpul” və “Nyukasl” müvafiq olaraq Məhəmməd Salah və Allan Saint-Maximini satsalar, Kyezanı almaq üçün cəhd etməyə hazırdırlar. Hər iki futbolçu Səudiyyə Ərəbistanında çıxış edə bilər.