"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan komandasının İngiltərə Liqa Kubokunun 1/4 finalında "Sauthempton"a 2:0 hesabı ilə uduzmasından sonra fikirlərini bildirib.
“Təkcə nəticə deyil, həm də oyun çox məyusedicidir. Bu, şübhəsiz ki, bizim istədiyimiz deyil. Kubokda daha da irəli getmək ümidimiz var idi, lakin belə bir performansla heç bir şans yox idi", - Lent.az xarici mediaya istinadla bildirir ki, türk əsilli futbolçu deyib.
Xatırladaq ki, qalib komandada Seku Mara (23-cü dəqiqə) və Mussa Cenepo (28) fərqlənib.