Futbol üzrə Tacikistan yığması Qətərdə keçirilən Asiya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Lent.az xəbər verir ki, komanda 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərini məğlub edib.
Tacikistan yığmasının heyətində Vəhdət Xanonov (30-cu dəqiqə), BƏƏ-dən isə Xəlifə Əl-Həmmadi (90+5) fərqlənib.
Oyunun əsas və əlavə olunmuş dəqiqələri 1:1 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında tacik futbolçular daha güclü olub - 5:3.
Dörddəbir finalda Tacikistan komandası sabah keçiriləcək İraq - İordaniya cütünün qalibi ilə oynayacaq.
Xatırladaq ki, Tacikistan millisi ilk dəfə olaraq Asiya Kubokunda iştirak edir.